Bakı metrosunun işarəvermə sistemində yaranan nasazlıq aradan qaldırılıb - YENİLƏNİB

Bakı metrosunun işarəvermə sistemində yaranan nasazlıq aradan qaldırılıb - YENİLƏNİB Bütün stansiyalarda sıxlıq davam edir
Hadisə
5 Mart , 2018 11:00
Bakı metrosunun işarəvermə sistemində yaranan nasazlıq aradan qaldırılıb - YENİLƏNİB

Bakı. 5 mart. REPORT.AZ/ “Təxminən 1 saat sonra qatarların hərəkət intervalı bərpa olunub. Sadəcə səhərdən sərnişinləri lazımi səviyyədə daşıya bilmədiyimizə görə, stansiyalara daha çox insan yığılmışdı”. 

Bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, bu səbəbdən də bütün stansiyalarda sıxlıq yaranıb: “Digər tərəfdən də ümumi gecikmə olduğundan qatarlar stansiyalarda mərhələli şəkildə öncəki qatarın getməsini gözləyirdilər. 9:45-dən etibarən problem tam aradan qaldırılıb”.


*** 08:45

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

“Report”un xəbərinə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, "Nəriman Nərimanov" metrostansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən bu gün saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir: “Nasazlığı aradan qaldırmağa çalışırıq”.

Son xəbərlər

Orphus sistemi