“Azneft”in Baş direktoru: “Davamlı inkişaf, yenilənmə və innovasiyaların tətbiqi mühüm şərtdir”

“Azneft”in Baş direktoru: “Davamlı inkişaf, yenilənmə və innovasiyaların tətbiqi mühüm şərtdir” “Azneft” İstehsalat Birliyinin (İB) Dalma Qurğuların Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində (DQTKEİM) 2019-cu ilin 7 aylıq texniki-iqtisadi göstəricilərinin müzakirəsi və qarşıda duran vəzifələrə həsr edilmiş istehsalat müşavirəsi keçirilib.
Hadisə
22 Avqust , 2019 16:56
“Azneft”in Baş direktoru: “Davamlı inkişaf, yenilənmə və innovasiyaların tətbiqi mühüm şərtdir”

“Azneft” İstehsalat Birliyinin (İB) Dalma Qurğuların Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində (DQTKEİM) 2019-cu ilin 7 aylıq texniki-iqtisadi göstəricilərinin müzakirəsi və qarşıda duran vəzifələrə həsr edilmiş istehsalat müşavirəsi keçirilib.

“Report” Birliyə istinadən xəbər verir ki, “Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərovun və Biliyin digər rəhbər nümayəndələrinin iştirakı ilə əvvəlcə müəssisəsinin Mexaniki yığma sahəsinə baxış keçirilib. 2018-ci ildə yenidənqurmadan sonra istifadəyə verilən sahədə istehsalat prosesini izləyən Birliyin rəhbərliyinə görülən işlər barədə məlumat verilib.

Sonra Birliyin rəhbərliyi Dalma elektrik mühərriklərinin təmiri və Çuğuntökmə sahələrinə baxış keçirilib. Birliyin rəhbərliyinə məlumat verilib ki, Dalma elektrik mühərriklərinin təmiri sahəsində yenidənqurma işlərinə start verilib. Görülən işləri müsbət qiymətləndirən Baş direktor tapşırıq və tövsiyələrini verib.

Daha sonra DQTKEİM-in konfrans zalında müşavirə keçirilib. Müəssisənin rəhbəri Cavanşir Allahverdiyev cari ilin yanvar-iyul ayları ərzində əldə edilən texniki-iqtisadi göstəricilər barədə məlumat verib.

Baş direktor isə 7 aylıq göstəricilərin qənaətbəxş olduğunu bildirib və müəssisənin qarşısında duran vəzifələrlə bağlı vacib məqamları diqqətə çatdırıb. Xüsusi olaraq vurğulayıb ki, DQTKEİM daxili tələbatın ödənilməsində digər şirkətlərlə müqayisədə rəqabətqabiliyyətini daha da artırmalıdır. Bunun üçün davamlı inkişaf, yenilənmə və innovasiyaların tətbiqi mühüm şərtdir.

Müşavirədə, həmçinin qeyd edilib ki, quyularda təmirlərarası müddətin artırılması, təmirlərin sayının azaldılması, keyfiyyətin isə daha da artırılması qarşıda duran əsas vəzifələr sırasında olmalıdır.

Son xəbərlər

Orphus sistemi