Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər

Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər Bakı. 9 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun üzərində şəxsi yoxlama aparılıb. 
Hadisə
9 Mart , 2018 12:16
Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər

Bakı. 9 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib. 

Məlumata görə, şəxsi yoxlama zamanı tibbi müayinədən keçirilmə zərurəti yarandığından vətəndaş gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstaxanasına aparılıb. Tibbi müayinə zamanı vətəndaşın daxili orqanı-düz bağırsağından 3 ədəd bağlamada olmaqla, ümumu xalis çəkisi 173,265 qram təşkil edən narkotik vasitə-heroin, xalis çəkisi 20,62 qram təşkil edən narkotik vasitə tiryək və ümumi xalis çəkisi 24,25 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi