Cəlilabadda arvadını bıçaqlayan şəxs həbs edildi

Cəlilabadda arvadını bıçaqlayan şəxs həbs edildi Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə
29 Avqust , 2020 12:30
Cəlilabadda arvadını bıçaqlayan şəxs həbs edildi

İyulun 26-da Cəlilabad rayon Uzuntəpə kənd sakini Elnur Əliyevin yaşadıqları evdə arvadı Natavan Nəsirovaya bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə "Report"a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib. 

Cinayət işinin materiallarının rayon prokurorluğu tərəfindən öyrənilməsi zamanı Elnur Əliyevin arvadı Natavan Nəsirovanı qəsdən adam öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək rayon prokurorluğunun icraatına götürülüb.

Elnur Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddə ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi