Abşeron sakinini bıçaqla hədələyərək göyərçinlərini aparan şəxslər tutulub

Abşeron sakinini bıçaqla hədələyərək göyərçinlərini aparan şəxslər tutulub Abşeron sakinini bıçaqla hədələyərək göyərçinlərini aparan şəxslər saxlanılıb.
Hadisə
10 Sentyabr , 2019 12:02
Abşeron sakinini bıçaqla hədələyərək göyərçinlərini aparan şəxslər tutulub

Abşeron sakinini bıçaqla hədələyərək göyərçinlərini aparan şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini R.Əhmədov sentyabrın 5-də gecə saatlarında həyətinə girib 2 nəfərin onu bıçaqla hədələyərək göyərçinlərini apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş O.Piriyev və M.Adilov polis əməkdaşları tərəfindən saxlanılıb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi