16 yaşlı qızın ölümü ilə bağlı məhkəmə başlayır

16 yaşlı qızın ölümü ilə bağlı məhkəmə başlayır Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlkin Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
21 May , 2020 11:28
16 yaşlı qızın ölümü ilə bağlı məhkəmə başlayır

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlkin Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Xırdalan şəhərində baş verib.

Yol-nəqliyyat hadisəsi nəticəsində Qaradağ rayonu, Müşfiq qəsəbəsi sakini, 2003-cü il təvəllüdlü N.Vəliyeva dünyasını dəyişib.

İ.Bəşirova Cinayət Məcəlləsinin 263.-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi