"Zirə"nin legioneri: "Üç xal qazanmağa layiq idik"

"Zirə"nin legioneri: "Üç xal qazanmağa layiq idik" Çox yaxşı performans göstərdik. İkinci hissədə üstünlüyü ələ aldıq, bu da başa düşüləndir. Çünki hesabda geri idik. Ümumilikdə 3 xalı götürməyə layiq olduğumuzu düşünürəm.
Futbol
31 Avqust , 2019 23:30
Zirənin legioneri: Üç xal qazanmağa layiq idik

"Çox yaxşı performans göstərdik. İkinci hissədə üstünlüyü ələ aldıq, bu da başa düşüləndir. Çünki hesabda geri idik. Ümumilikdə 3 xalı götürməyə layiq olduğumuzu düşünürəm".

"Report" xəbər verir ki, bunları "Zirə"nin futbolçusu Soni Norde Premyer Liqanın III turunda "Sabah" ilə evdə 1:1 hesablı heç-heçədən sonra deyib.

Matçın 88-ci dəqiqəsində bərabərlik qolunu vuran 30 yaşlı hücumçunun sözlərinə görə, fasilədən sonra zədəsi olduğu üçün "11-lik"dən çıxarılan mərkəz hücumçusu Xulio Sezar Rodriqesin meydana daxil olması ilə vəziyyət dəyişib: "İlk hissədə topla davranışda bir az tələskənlik vardı. Ona görə də müəyyən vəziyyətlərdə asanlıq top itirirdik. 

Bu gün "9 nömrə" kimi oynamağım da təsir ediridi. Ancaq ikinci hissədə hər şey fərqli oldu. Xulionun sırf ideal "9 nömrə kimi meydana daxil oldu və o, birinci topları götürməyə başladı. Mən isə özümə zona tapa bilirdim. İlk hissədə mən mərkəzdə çıxış edirdim. Amma Xulio meydana daxil olandan sonra "B" planına keçdik. Bundan sonra özümə lazım olan topları qəbul etməyimə təsirini göstərdi".

Haitili forvardın bildirib ki, fasilədən sonra mərkəz müdafiəçilərində birinin nisbətən irəli çıxması da oyunlarına müsbət təsir edib: "Üçlü müdafiə ilə oynayanda sənin topa yeyələnməyin daha çox olmalıdır. Birinci hissədə müdafiəçilərdən biri nisbətən önə çıxmırdı. İkinci hissədə bunun tap əksini gördük. Onlardan biri ortaya çıxandan sonra topu özümüzdə rahat saxlaya bilirdik".

Son xəbərlər

Orphus sistemi