Zaur Svanadze: "Mərhələ keçdiyimizi demək olmaz"

Zaur Svanadze: "Mərhələ keçdiyimizi demək olmaz" "Hər şey Bakıda həll olunacaq"
Futbol
30 İyun , 2017 01:23
Zaur Svanadze: Mərhələ keçdiyimizi demək olmaz

Bakı. 30 iyun. REPORT.AZ/ "Çox vacib oyunda qalib gəldik. Bu, yaxşı haldır".

"Report" xəbər verir ki, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Serbiyada "Mladost"u 3:0 hesabı ilə yendikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

Gürcü mütəxəssis bildirib ki, nəticə də qənaətbəxşdir. Amma o, cavab görüşünün hələ irəlidə olduğunu xatırladıb:

"Bunu unutmayaq. Rəqib də çox yaxşı komandadır. Biz arxayınlaşa bilmərik. "Mladost"un da az şansı olmadı. Hər şey Bakıda həll olunacaq. Hələlik mərhələ keçdiyimizi demək olmaz".

İyunun 6-da Bakıdakı "Dalğa Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi