Şəhriyar Rəhimov: "Əlimizdən gələni etməyə çalışacağıq"

Şəhriyar Rəhimov: "Əlimizdən gələni etməyə çalışacağıq" Yaxşı nəticə qazanmağımızı hamımız istəyirik. Həm xalqımızı sevindirmək, həm də özümüzə inamı qaytarmaq üçün buna çox ehtiyacımız var.
Futbol
5 Sentyabr , 2019 10:53
Şəhriyar Rəhimov: Əlimizdən gələni etməyə çalışacağıq

"Yaxşı nəticə qazanmağımızı hamımız istəyirik. Həm xalqımızı sevindirmək, həm də özümüzə inamı qaytarmaq üçün buna çox ehtiyacımız var".

Bunu "Report"a Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov Uelslə səfərdə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib. Sol cinah müdafiəçisi bildirib ki, rəqiblər güclü olsalar da, komandanın məqsədi müsbət nəticə qazanmaqdır: "Qrup mərhələsində 3 oyundan sonra xal qazana bilməmişik. Məqsədimiz vəziyyəti dəyişməkdir. İstər Uels, istərsə də daha sonra qarşılaşacağımız Xorvatiya yığmaları səviyyəli rəqib olsalar da, əlimizdən gələni etməyə çalışacağıq".

Rəhimov son 2 ildə milliyə davamlı dəvət almasına da toxunub: "Oynadığın klubdan çox şey aslıdır. "Səbail"in yaxşı çıxışı, Avropa Liqasına vəsiqə qazanması məşqçilərin qərarına təsir edə bilər. Bu il avrokubokda mübarizəni dayandırsaq da, yaxşı təsir bağışladıq".

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın 3 gün sonra Xorvatiya kollektivi ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub.

Son xəbərlər

Orphus sistemi