"Səbail"in futbolçusu: "3-cü yeri tutmağımız çempionluğa bərabər nəticə idi"

"Səbail"in futbolçusu: "3-cü yeri tutmağımız çempionluğa bərabər nəticə idi" Maliyyə ilə bağlı məsələlərdən danışmaq istəmirəm. Bu barədə klubdan lazımi açıqlamalar verilib. Çox yaxşı kollektivimiz var. İlk iki turda qalib gəlməyimiz bu mehribanlığın sayəsindədir.
Futbol
5 Sentyabr , 2019 14:03
Səbailin futbolçusu: 3-cü yeri tutmağımız çempionluğa bərabər nəticə idi

"Maliyyə ilə bağlı məsələlərdən danışmaq istəmirəm. Bu barədə klubdan lazımi açıqlamalar verilib. Çox yaxşı kollektivimiz var. İlk iki turda qalib gəlməyimiz bu mehribanlığın sayəsindədir".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin düşərgəsində olan "Səbail"in futbolçusu Şəhriyar Rəhimov deyib. 

30 yaşlı müdafiəçi bildirib ki, "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları III tur matçında zəif çıxış ediblər: "Amma bir reallıq da var: "Qarabağ" son illər Azərbaycan çempionatının səviyyəsini keçib. Açıq danışmaq lazımdır: bu gün futbol ictimaiyyəti "Qarabağ"la rəqabət yarada biləcək komanda qismində "Neftçi"ni görür. Bir ara Ukraynada Kiyev "Dinamo"su ilə "Şaxtyor" ancaq öz aralarında çəkişirdilər. Üçüncü yeri tutan da çempion kimi sayılırdı. Azərbaycanda da indi vəziyyət belədir. "Səbail" ötən mövsüm bürünc medallara sahib çıxa bildi. Keçən mövsüm 3-cü yeri tutmağımız çempionluğa bərabər nəticə idi". 

Rəhimov cari mövsümdə də ən azı ötən mövsümdəki uğuru təkrarlamaq üçün çalışacaqlarını bildirib: "Yay fasiləsində transferlərə görə "Sabah" və "Zirə"ni ön plana çıxarırdılar. Amma startda göstərdik ki, bu mübarizədə "Səbail" də olacaq. Həmçinin qalan komandaları da siyahıdan silmək olmaz. Mükafatçılar sırasına düşməyə bütün komandaların şansı var".

Qeyd edək ki, "Səbail" IV turda səfərdə "Keşlə" ilə qarşılaşacaq. Sentyabrın 15-də "Bakcell Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi