"Səbail" klubu Samir Əliyevə yeni vəzifə təklif edib

"Səbail" klubu Samir Əliyevə yeni vəzifə təklif edib Bakı. 23 may. REPORT.AZ/ “Səbail” klubu qarşılıqlı razılaşma ilə baş məşqçi postunu tərk edən Samir Əliyevə yeni iş təklif edib.
Futbol
23 May , 2018 11:00
Səbail klubu Samir Əliyevə yeni vəzifə təklif edib
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ “Səbail” klubu qarşılıqlı razılaşma ilə baş məşqçi postunu tərk edən Samir Əliyevə yeni iş təklif edib.

39 yaşlı mütəxəssis “Report”a açıqlamasında deyib ki, karyerasını məşqçi kimi davam etdirmək baxımından başqa variant olmasa, “Səbail”də qalacaq: “Baş məşqçi postundan ayrılsam da, klub rəhbərliyi ilə çox gözəl münasibətlərimiz var. Komandamın sükanı arxasından getməyim başa çatan mövsümdə göstərdiyimiz nəticəyə görə deyil. Bəzi məsələlərdə kiçik fikir ayrılıqlarımız oldu və qərara aldıq ki, müqaviləyə xitam verək. Mənə klubda başqa bir vəzifə tutmaq təklif olunub. Məşqçi qismində işləmək üçün hansısa variant olmasa, “Səbail”də qalacağam”.

Qeyd edək ki, 2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edən “Səbail” yekunda 7-ci yeri tutub və yalnız “Kəpəz”i qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi