Robert Prosineçki: "Asmir Beqoviçin "Qarabağ"a keçidindən məmnunam"

Robert Prosineçki: "Asmir Beqoviçin "Qarabağ"a keçidindən məmnunam" Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı Asmir Beqoviçin Qarabağa keçidi barədə danışıb.
Futbol
2 Sentyabr , 2019 20:14
Robert Prosineçki: Asmir Beqoviçin Qarabağa keçidindən məmnunam

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı Asmir Beqoviçin "Qarabağ"a keçidi barədə danışıb.

"Report" "Sport1" nəşrinə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis 32 yaşlı qolkiperin oynaya biləcəyi bir kollektivə getdiyi üçün məmnun olduğunu deyib: "Eşitdiyimə görə, Beqoviç yeni bir klub tapıb və "Qarabağ"a keçib. Əlbəttə bundan çox məmnunam. Çünki artıq oynamaq vaxtıdır. Milli komandada daimi olmaq üçün oynamalısan", - deyə Prosineçki bildirib.

Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan icarəyə götürüb. Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi