"Real" PSJ matçının biletləri təqribən 40 dəqiqəyə satılıb

"Real" PSJ matçının biletləri təqribən 40 dəqiqəyə satılıb Əldən satılan biletlərin qiyməti 300-2400 avro arasında dəyişir
Futbol
4 Fevral , 2018 02:23
Real  PSJ matçının biletləri təqribən 40 dəqiqəyə satılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində "Real" və PSJ arasında keçiriləcək ilk matçın biletləri sərbəst satışda artıq qalmayıb.

“Report” xəbər verir ki, ispan klubunun azarkeşlərinə bütün boş yerləri almaq üçün yarım saatdan bir qədər çox vaxt, təqribən 37 dəqiqə lazım gəlib.

İndi biletlər yalnız müxtəlif proqramlarda ikinci əldən satılır və qiymətlər 300 – 24080 avro arasında dəyişir.

Madridlilər dəfələrlə bu kimi təşəbbüslərə qarşı çıxış ediblər. Çünki əldən bilet alan fanatların stadiona buraxılacağına zəmanət verilmir.

"Real" və PSJ arasında ilk görüş fevralın 14-də Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. Cavab görüşü martın 6-na nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi