Ramil Şeydayev Rusiyada cərimələnib

Ramil Şeydayev Rusiyada cərimələnib Azərbaycan millisinin futbolçusu yol hərəkəti qaydalarını pozub
Futbol
15 Oktyabr , 2018 18:02
Ramil Şeydayev Rusiyada cərimələnib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan millisinin və Rusiyanın "Krılya Sovetov" klubunun futbolçusu Ramil Şeydayev cərimələnib.

"Report" xəbər verir ki, bu barədə Federal Məhkəmə Pristavları Xidməti məlumat yayıb. 22 yaşlı hücumçu yol hərəkəti qaydalarına riayət etmədiyi üçün onun hesabında bir ödənilməmiş cərimə var.

Şeydayevlə yanaşı, komanda yoldaşları Alan Çoçiyev və Sergey Rıjikov da cərimələnənlər siyahısında yer alıblar.

Qeyd edək ki, oktyabrın 14-də "Krılya Sovetov"un futbolçuları Yevgeni Başkirov və Georgi Tigiyev sərxoş halda avtomobil idarə etdikləri üçün saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi