"Qəbələ" xorvatiyalı futbolçu transfer etdi

"Qəbələ" xorvatiyalı futbolçu transfer etdi Azərbaycan Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Futbol
8 Sentyabr , 2020 21:37
Qəbələ xorvatiyalı futbolçu transfer etdi

Azərbaycan Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib.

26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin “Koprivinitsa” klubunda başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.

Son xəbərlər

Orphus sistemi