"Qarabağ" - "Sevilya" matçında anşlaq olacaq

"Qarabağ" - "Sevilya" matçında anşlaq olacaq “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İspaniya Sevilyasına qarşı keçirəcəyi oyunu üçün satılan biletlər tükənmək üzrədir.
Futbol
17 Sentyabr , 2019 16:02
Qarabağ - Sevilya matçında anşlaq olacaq

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcəyi oyunu üçün satılan biletlər tükənmək üzrədir. 

"Report" klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma üçün artıq 2 min bilet qalıb. Oyun üçün satışa 30 min bilet çıxarılıb. 

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY" T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi