PAOK klubunun sahibinin oyun zamanı meydana silahla girməsi ilə bağlı bəyanat yayılıb - VİDEO

PAOK klubunun sahibinin oyun zamanı meydana silahla girməsi ilə bağlı bəyanat yayılıb - VİDEO Bakı. 12 mart. REPORT.AZ/ PAOK klubunun sahibi İvan Savvidinin mətbuat xidməti rusiyalı iş adamının Yunanıstan çempionatının XXV turunda AEK-lə görüş zamanı meydana silahla daxil olması ilə bağlı bəyanat yayıb.
Futbol
12 Mart , 2018 13:44
PAOK klubunun sahibinin oyun zamanı meydana silahla girməsi ilə bağlı bəyanat yayılıb - VİDEO

Bakı. 12 mart. REPORT.AZ/ PAOK klubunun sahibi İvan Savvidinin mətbuat xidməti rusiyalı iş adamının Yunanıstan çempionatının XXV turunda AEK-lə görüş zamanı meydana silahla daxil olması ilə bağlı bəyanat yayıb.

“Report” “Sport-Ekspress”ə istinadən xəbər verir ki, bəyanatda İ.Savvidinin heç kimi təhdid etmədiyi bildirilir. Eyni zamanda klubun sahibinin silah gəzdirmək üçün icazəsinin olduğu vurğulanıb: “İvan İqnatyeviç heç kimi silahla təhdid etməyib. Mətbuata yer alan təxribat xarakterli başlıqlar həqiqəti əks etdirmir. Bəli, o, meydana qaçıb və üzərində tapança olub. Bunu inkar etməyin mənası yoxdur. Onun silah gəzdirməsi üçün rəsmi icazəsi var. Yunanıstanda buna icazə verilir. Savvidi bununla bağlı tələb olunan sənədlərə malikdir. PAOK hazırda üst pillədə qərarlaşıb və çempion olmaq üçün böyük şansı var. Bu səbəbdən, kluba qarşı təxribat aparılır. Bəli, Savvidi emosional davranıb”.

Qeyd edək ki, martın 11-də PAOK AEK-lə oyunun son dəqiqəsində hesabı açıb. Lakin hakimlər oyundankənar epizod qeydə alaraq qolu saymayıblar. Bu zaman meydanda qarışıqlıq yaranıb və üzərində tapanca olan İvan Savvidi də meydana daxil olub. Nəticədə matç başa çatdırılmayıb. AEK hazırda 54 xalla 1-ci pillədə qərarlaşıb. PAOK isə 52 xalla 2-ci sıradadır.

Son xəbərlər

Orphus sistemi