"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi

"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi Bu barədə klubun sabiq həkimi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan Rəhim Məhərrəmov bildirib
Futbol
11 İyul , 2020 19:29
Neftçinin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi

"Neftçi" futbol klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə vəfat edib. 

"Report"un məlumatına görə, bu barədə klubun sabiq həkimi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan Rəhim Məhərrəmov bildirib. 

"Virusun daha bir qurbanı..."Neftci" də bir yerdə calışdığım İlqar Quluzadə rəhmətə getdi. Allah rəhmət eləsin, yaxınlarına səbr versin" deyə o sosial şəbəkədə yazıb. 

Qeyd edək ki, İlqar Quluzadə 2008-ci ilin iyununadək "Neftçi"də icraçı direktor, 2009-cu ilin sentyabrınadək isə vitse-prezident vəzifələrində çalışıb. 

Son xəbərlər

Orphus sistemi