Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Monteneqro iki yoldaşlıq görüşü keçirəcək.
"Report"un Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, Faruk Hacibegiçin baş məşqçi olduğu kollektiv Latviya və Qazaxıstanı qəbul edəcək. Oyunlar müvafiq olaraq, oktyabrın 7-də və noyabrın 11-də Podqoritsa şəhər stadionunda təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan və Monteneqro yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş oktyabrın 9-da Podqoritsada, ikinci qarşılaşma isə noyabrın 12-də Bakıda olacaq. Bu qrupda Kipr və Lüksemburq milliləri də qərarlaşıb.