"Milan" və "Ayntraxt" arasında hücumçu yerdəyişməsi baş verib

"Milan" və "Ayntraxt" arasında hücumçu yerdəyişməsi baş verib Xorvatiya milli komandasının futbolçusu Ante Rebiç Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl klubunu dəyişib.
Futbol
2 Sentyabr , 2019 23:17
Milan və Ayntraxt arasında hücumçu yerdəyişməsi baş verib

Xorvatiya milli komandasının futbolçusu Ante Rebiç Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl klubunu dəyişib.

""Report"un məlumatına görə, 25 yaşlı hücumçu Almaniya "Ayntraxt"ından İtaliya "Milan"ına 5 milyon avro qarşılığında 2 illik icarəyə verilib.

Əvəzində "Qırmızı-qaralar" eyni mövqedə çıxış edən Andre Silvanı Bundesliqa klubuna icarəyə veriblər. Lakin bu anlaşmanın detalları açıqlanmır.

Portuqaliyalı forvardın daha əvvəl "Monako"ya keçidi maliyyə məsələsi üzündən pozulub. O, "Milan"a 2017-ci ildə "Portu"dan transfer olunsa da, növbəti mövsümünü "Sevilya"da icarədə keçirib. Silva ötən mövsüm Primerada 23 oyuna 9 qol vurub.

Rebiç isə Frankfurt təmsilçisində 2016-cı ildən forma geyinməyə başlayıb. O, həmin il "Fiorentina"dan icarəyə götürülüb. 2018-ci ildə isə "Ayntraxt" "bənövşəyilər"ə 2 milyon avro ödəyərək, istedadlı futbolçunun transfer hüququnu əldə edib. Forvard ötən mövsüm Bundesliqada 28 oyuna 9 qol4 məhsuldar ötürmə müəllifi olub. O, həmçinin Avropa Liqasındakı 9 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Rebiç 2018-ci il dünya çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, Xorvatiya yığması ilə oyun sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi