Makedoniyalı futbolçu Azərbaycana dəstək oldu

Makedoniyalı futbolçu Azərbaycana dəstək oldu "Qarabağ" klubunun sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək olub.
Futbol
15 İyul , 2020 09:08
Makedoniyalı futbolçu Azərbaycana dəstək oldu
Muarem Muarem

"Qarabağ" klubunun sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək olub.

"Report"un məlumatına görə, 31 yaşlı makedoniyalı yarımmüdafiəçi cəbhə bölgəsində baş verən hadisələrlə bağlı paylaşım edib.

4 qat Azərbaycan çempionu olan oyunçu sosial şəbəkədə "Başın sağ olsun, Azərbaycan" həştəqini və üzərində "Qarabağ - Azərbaycandır!" yazılan fotonu paylaşıb.

Qeyd edək ki, Muarem Muarem son olaraq ölkəsinin "Şkupi" komandasında çıxış edib. O, 2012 - 2015-ci illərdə və 2016/2017 mövsümündə Ağdam təmsilçisinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi