Futbolçu Veron 42 yaşında karyerasını bərpa etmək niyyətindədir

Futbolçu Veron 42 yaşında karyerasını bərpa etmək niyyətindədir O, prezidenti olduğu "Estudiantesa" klubunda oynamağı planlaşdırır
Futbol
5 Noyabr , 2016 23:24
Futbolçu Veron 42 yaşında karyerasını bərpa etmək niyyətindədir

Bakı. 5 noyabr. REPORT.AZ/ Argentina yığma komandasınn sabiq yarımmüdafiəçisi Xuan Sebastyan Veron futbolçu karyerasını bərpa etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Goal.com" portalı yazıb.

Qeyd olunur ki, oyunçu çıxışını hazırda prezidenti olduğu "Estudiantesa" klubunun (Argentina) heyətində davam etdirmək istəyir. O, 2017-ci ilin əvvəlinə kimi formaya düşmək üçün artıq məşqlərə başlayıb. Nəşr yazır ki, futbolçu karyerasını 42 yaşından sonra klubun bilet satışını artırmağa kömək etmək üçün bərpa etmək niyyətindədir.

Veron karyerası ərzində Argentinanın "Estudiantesa", "Boka Xuniors", İtaliyanın "Sampdoriya", "Parma", "Latsio" və "İnter", həmçinin İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klublarında çıxış edib. O, karyerasını 2014-cü ildə bitirib.

Son xəbərlər

Orphus sistemi