Futbol üzrə 2022-ci il dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib

Futbol üzrə 2022-ci il dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib Bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib
Futbol
13 İyul , 2018 16:51
Futbol üzrə 2022-ci il dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib

Bakı. 13 iyul. REPORT.AZ / 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib. 

"Report"un məlumatına görə, bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib. O bildirib ki, növbəti mundial 4 il sonra noyabrın 21-dən dekabrın 18-dək davam edəcək: "Artıq qərar verilib, bütün ölkələrin liqaları bu barədə məlumatlandırılıb. Əminik ki, əla çempionat olacaq. Çünki oyunçular mundiala əla formada qatılacaqlar". 

Qeyd edək ki, DÇ-2018 Rusiyada keçirilir. İyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə, iyulun 15-də final matçında isə Fransa və Xorvatiya üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi