Eddi İsrafilov Azərbaycan yığmasının toplanışına qatılmayacaq

Eddi İsrafilov Azərbaycan yığmasının toplanışına qatılmayacaq Robert Prosineçki onun müraciətini müsbət cavablandırıb
Futbol
16 Mart , 2016 12:24
Eddi İsrafilov Azərbaycan yığmasının toplanışına qatılmayacaq

Bakı. 16 mart. REPORT.AZ/ İspaniyanın "Kordoba" klubunda çıxış edən Eddi İsrafilov futbol üzrə Azərbaycan milli komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına qatılmayacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna İsrafilovun müraciəti səbəb olub. 

O, “Kordoba”nın İspaniya çempionatının yüksək liqasına vəsiqə uğrunda mübarizə aparmasını əsas gətirib. Millnin baş məşqçisi Robert Prosineçki müraciəti müsbət cavablandırıb.

Qeyd edək ki, martın 21-də başlanacaq toplanış çərçivəsində Azərbaycan yığması Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək. Oyun martın 26-da təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi