Çempionlar Liqasında yarımfinal oyunlarının vaxtı açıqlanıb

Çempionlar Liqasında yarımfinal oyunlarının vaxtı açıqlanıb Çempionlar Liqasında yarımfinal oyunlarının vaxtı açıqlanıb.
Futbol
18 Aprel , 2019 14:00
Çempionlar Liqasında yarımfinal oyunlarının vaxtı açıqlanıb

Çempionlar Liqasında yarımfinal oyunlarının vaxtı açıqlanıb. 

"Report" qurumun "Twitter" səhifəsinə istinadən xəbər verir ki, "Tottenhem" (İngiltərə) - "Ayaks" (Hollandiya) komandaları arasındakı ilk oyun aprelin 30-da Londonda, cavab oyunu isə mayın 8-də Amsterdamda keçiriləcək. 

Yarımfinalda iştirak edən ikinci cütlük - "Barselona" (İspaniya) və "Liverpul" (İngiltərə) komandalarının birinci dueli mayın 1-də Barselona şəhərində, cavab oyunu isə mayın 7-də təşkil olunacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də Madriddəki Vanda Metropolitano stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi