Cavid Hüseynov: "Xorvatiya millisinə qalib gələ bilərdik"

Cavid Hüseynov: "Xorvatiya millisinə qalib gələ bilərdik" Komandada inam var idi. Bunu hiss edirdik. Sadəcə olaraq rəqibimiz Xorvatiya idi. Onlar şansları hər zaman dəyərləndirə bilirlər və hücumlarının ardı-arası kəsilmirdi. Amma buna bir az dözmək lazım idi.
Futbol
9 Sentyabr , 2019 23:04
Cavid Hüseynov: Xorvatiya millisinə qalib gələ bilərdik

"Komandada inam var idi. Bunu hiss edirdik. Sadəcə olaraq rəqibimiz Xorvatiya idi. Onlar şansları hər zaman dəyərləndirə bilirlər və hücumlarının ardı-arası kəsilmirdi. Amma buna bir az dözmək lazım idi".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov Xorvatiya ilə heç-heçə etdikləri (1:1) AVRO-2020-nin seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, Xorvatiya yığması ilk 15 dəqiqə ərzində dayanmadan hücum edib və təzyiq göstərib:

"Amma onlar da səfər oyunundan gəliblər. Yorğun olduqlarını biruzə verirdilər. İkinci hissədə isə bizim şanslarımız oldu. Hətta qalib gələ bilərdik.

Hüseynov Xorvatiyadan daha öncə də xal qazanmaq imkanlarının olduğunu sözlərinə əlavə edib:

"Bizdə inam hissi var idi. İnam hiss ola-ola böyük hesabla məğlub olmaq da var. İnam hissi mövcuddur, hələ ki, yaşayırıq".

Yarımmüdafiəçi seçmə mərhələdəki digər görüşlərdə də xal qazanmaq üçün çalışacaqlarını söyləyib:

"Bu barədə indidən nəsə demək çətindir. Doğma meydanda Uelslə matçımız var. Düşünürəm ki, evdə bu komandaya qalib gəlmək olar.

Futbolçu "heç-heçə müqabilində mükafat alacaqsınızmı" sualına belə cavab verib: "Mükafat olacaq. Min bərəkət (gülür).

Son xəbərlər

Orphus sistemi