"Barselona"nın prezidenti: "Xavi gec-tez baş məşqçimiz olacaq"

"Barselona"nın prezidenti: "Xavi gec-tez baş məşqçimiz olacaq" "Kike Setyen Çempionlar Liqasında və La Liqada qalan matçlarda yanımızda olacaq"
Futbol
13 İyul , 2020 10:27
Barselonanın prezidenti: Xavi gec-tez baş məşqçimiz olacaq
Xavi Ernandes

İspaniyanın "Barselona" klubunun prezidenti Jozep Bartomeu İspaniya yığmasının sabiq futbolçusu Xavi Ernandesin komandanın baş məşqçisi olacağına dair iddialara münasibət bildirib. 

"Report" yerli TV3-ə istinadən xəbər verir ki, funksioner hazırda baş məşqçi axtarmadıqlarını söyləyib. Bartomeu Xavinin gec-tez "Barselona"nın baş məşqçisi olacağını deyib: "Kike Setyen Çempionlar Liqasında və La Liqada qalan matçlarda yanımızda olacaq. Onunla olan müqavilə şərtlərini yerinə yetirmək niyyətindəyik". 

Qeyd edək ki, Xavi Ernandes 1998 - 2015-ci illərdə "Barselona"nın formasını geyinib. İspaniya millisinin sabiq üzvü klubla müxtəlif titulların sahibi olub. O, hazırda Qətərin "Əl Sədd" komandasının baş məşqçisidir və klubu Xavi ilə sözləşməni 2020/21 mövsümünün sonuna qədər uzadıb. 

Son xəbərlər

Orphus sistemi