Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”ni məğlub edib

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”ni məğlub edib Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib
Futbol
1 Dekabr , 2017 20:26
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”ni məğlub edib
Report/Firi Salim

Bakı. 1 dekabr. REPORT.AZ/ “Qarabağ” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. 

“Report” xəbər verir ki, Ağdam təmsilçisi XIV turun açılış oyununda “Neftçi”ni məğlub edib.

Matçda vurulan yeganə qola 25-ci dəqiqədə Maksim Medvedev imza atıb. Bu qalibiyyətdən sonra xalını 34-ə çatdıran “Qarabağ” liderliyini bir qədər də möhkəmləndirib. “Neftçi” isə 16 xalla 5-ci sıradadır.

Qeyd edək ki, XIV tura həftəsonu keçiriləcək 3 oyunla yekun vurulacaq. Dekabrın 2-də “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Ertəsi gün isə "Qəbələ” - "Keşlə” və "Səbail” - "Zirə” matçları baş tutacaq.

Son xəbərlər

Orphus sistemi