Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Kosovo və Malta yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov qarşıdakı görüşlərə 25 futbolçu dəvət edib. Onlardan cəmi 4-ü legionerdir.
ADI, SOYADI | KLUBU |
Kamran Ağayev | “Keşlə” |
Səlahət Ağayev | “Neftçi” |
Emil Balayev | “Səbail” |
Maksim Medvedov | “Qarabağ” |
Bədavi Hüseynov | “Qarabağ” |
Rahil Məmmədov | “Qarabağ” |
Məhəmməd Mirzəbəyov | “Neftçi” |
Təmkin Xəlilzadə | “Qəbələ” |
Urfan Abbasov | “Qəbələ” |
Bəxtiyar Həsənalızadə | “Sumqayıt” |
Pavlo Paşayev | “Aleksandriya” (Ukrayna) |
Qara Qarayev | “Qarabağ” |
Coşqun Diniyev | “Qarabağ” |
Emin Mahmudov | “Neftçi” |
Namiq Ələsgərov | “Neftçi” |
Rəhman Hacıyev | “Neftçi” |
Cavid Hüseynov | “Qəbələ” |
Rahid Əmirquliyev | “Səbail” |
Cavid İmamverdiyev | “Sabah” |
Riçard Almeyda | “Astana” (Qazaxıstan) |
Dmitri Nazarov | “Aue” (Almaniya) |
Mahir Mədətov | “Qarabağ” |
Ramil Şeydayev | “Krılya Sovetov” (Rusiya) |
Rauf Əliyev | “Qəbələ” |
Ruslan Qurbanov | “Səbail” |
Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də Bakı Olimpiya Stadionunda qarşılaşdıqdan sonra sentyabrın 10-da Maltanın qonağı olacaq. Bu oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışı avqustun 28-də başlanacaq.