AFFA İcraiyyə Komitəsinin iclası başlayıb

AFFA İcraiyyə Komitəsinin iclası başlayıb Rövnəq Abdullayev Rüstəm Rəhimovu təbrik edib
Futbol
7 Mart , 2018 11:34
AFFA İcraiyyə Komitəsinin iclası başlayıb
Report/ Firi Salim

Bakı. 7 mart. REPORT.AZ/ AFFA-nın XXV Konfransı başa çatdıqdan sonra qurumun İcraiyyə Komitəsinin iclası işə başlayıb. 

"Report"un məlumatına görə, milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevin sədrlik etdiyi iclasa İK üzvlərinin hamısı qatılıb. Eyni zamanda FİFA və UEFA nümayəndələri də toplantıda iştirak edirlər. 

İclasın əvvəlində R.Abdullayev 70 yaşı tamamlanan veteran futbolçu və ümumittifaq dərəcəli keçmiş hakim Rüstəm Rəhimovu yubileyi münasibətilə təbrik edib. 

Toplantı daha sonra qapalı formatda davam etdirilib.  

Son xəbərlər

Orphus sistemi