Dünya çempionatı: Mariya Stadnik finala yüksəlib - YENİLƏNİB-5

Dünya çempionatı: Mariya Stadnik finala yüksəlib - YENİLƏNİB-5 Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Mariya Stadnik yarımfinal görüşünü keçirib.
Fərdi
17 Sentyabr , 2019 14:57
Dünya çempionatı: Mariya Stadnik finala yüksəlib - YENİLƏNİB-5

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Mariya Stadnik yarımfinal görüşünü keçirib. 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib çinli Yanan Sun olub. Görüşün əvvəlində Stadnik Sunu döşəkdən kənara çıxarmaqla 1 xal alıb. O, fasiləyədək üstünlüyünü 2:0-a çatdırıb. Azərbaycan təmsilçisi ikinci hissənin əvvəlində daha 2 xal alıb. 

Rəqib sona doğru fərqi bərabərləşdirsə də, Stadnik daha bir xalla önə keçib. O, son saniyələrdə daha bir xal alaraq, 6:4 hesablı qələbə ilə finala yüksəlib. Sentyabrın 18-də keçiriləcək həlledici görüşdə rəqib rumıniyalı Emilia Alina Vuç olacaq.


11:55***

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsindəki titullu pəhləvanın rəqibi rusiyalı Yekaterina Polişçuk olub. Görüş Stadnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 11:0. 

Bununla da titullu pəhləvan yarımfinala və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Finala gedən yolda isə onun rəqibi çinli Yanan Sun olacaq. Sun yaponiyalı Yuki İrieni 1/4 finalda məğlub edib - 13:12.


*** 11:27

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsindəki titullu pəhləvanın rəqibi Hindistanlı Sima Sima olub. Görüş Stadnikin qələbəsi ilə yekunlaşıb - 9:2.


*** 10:06

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında ilk görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsindəki Stadnikin ilk rəqibi nigeriyalı Mersi Cenezis vaxtından əvvəl tam üstünlüklə məğlub edib - 10:0.


*** 09:34

Azərbaycan qadın güləşçisi Türkan Nəsirova Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatına məğlubiyyətlə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 53 kq çəki dərəcəsindəki 27 yaşlı idmançı ilk görüşdəcə almaniyalı Nina Hemmerə vaxtından əvvəl uduzub - 11:0.


*** 09:14

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaqlar.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan 50 kq və 53 kq çəki dərəcələrində təmsil olunacaq. Ən aşağı çəkidə dünya və 7 qat Avropa çempionu, Avropa Oyunlarının 2 qat qalibi Mariya Stadnik çıxış edəcək. Onun ilk rəqibi 2015-ci il Afrika Oyunlarının qalibi Mersi Cenezis olacaq. Təsnifat mərhələsinə təsadüf edən görüşün qalibi 1/8 finala yüksələcək.

Gənclər arasında dünya çempionu Türkan Nəsirova da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, 1/8 finala vəsiqə uğrunda görüşdə Avropa çempionatlarının mükafatçısı Nina Hemmerlə üz-üzə gələcək.

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.

Dünya çempionatı

17 sentyabr

50 kq
Təsnifat mərhələsi. Mariya Stadnik - Mersi Cenezis (Nigeriya)

53 kq
Təsnifat mərhələsi. Türkan Nəsirova - Nina Hemmer (Almaniya)

Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar. Olimpiya çəkilərində "Tokio 2020"yə lisenziya qazana bilməyən Şaban Donatın baş məşqçi olduğu komandadan Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib.

Son xəbərlər

Orphus sistemi