Azərbaycanın idmançı polisləri - FOTO

Azərbaycanın idmançı polisləri - FOTO Bakı. 19 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) müxtəlif idman növlərində qazandıqları uğurları ilə Azərbaycanı dünyada tanıdan polislərin siyahısını açıqlayıb.
Fərdi
19 Mart , 2018 16:28

Bakı. 19 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) müxtəlif idman növlərində qazandıqları uğurları ilə Azərbaycanı dünyada tanıdan polislərin siyahısını açıqlayıb.

“Report” həmin siyahını təqdim edir:

- Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Eduard Məmmədov (kikboksinq)

- Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Qalib Hümbətov (sambo və güləş)

- BDYPİ-nin əməkdaşı, polis kapitanı Fərid Mayılov (kunq-fu sanda)

- DİN İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin inspektoru, polis kapitanı Rauf Məmmədov (şahmat)

- Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenantı Ədilə Qurbanova (karate və pauerliftinq)

- Sumqayıt ŞPİ-nin əməkdaşı, polis baş leytenantı Vaqif Ağazadə (cüdo)

- Polis serjantı Tural Bayramov (kikboksinq)

- Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əli Mirələkbərli (kunq-fu sanda)

- Azərbaycanın əməkdar məşqçisi Tural Əliyev (pəhləvan güləşi)

- Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Kənan Abdullaxanlı (cüdo)

- DİN-in Maddi Texniki Təminat Baş İdarəsinin əməkdaşı, polis serjantı Fariz Nəbiyev (əlbəyaxa döyüş)

- Sumqayıt ŞPİ-nin daha bir əməkdaşı Vüsal Quliyev (cüdo)

- DİN Daxili Qoşunlarınınidman komandasının əsgəri Ağamahmud Siracov (kikboksinq)

Son xəbərlər

Orphus sistemi