Azərbaycan boksçuları Avropa çempionatında 2 medalı təmin edib

Azərbaycan boksçuları Avropa çempionatında 2 medalı təmin edib Tayfur Əliyevlə Məhəmməd Abdullayev yarımfinal mərhələsinə vəsiqə əldə edib
Fərdi
30 Mart , 2018 14:49
Azərbaycan boksçuları Avropa çempionatında 2 medalı təmin edib

Bakı. 30 mart. REPORT.AZ/ Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri başa çatıb.

“Report”un məlumatına görə, Azərbaycan millisinin 2 üzvü yarışın yarımfinal mərhələsinə vəsiqə əldə edib.

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 1/2 finala gedən yolda almaniyalı Hamzet Şadalovu (Almaniya) mübarizədən kənarlaşdırıb. O, rəqibini 3:2 hesabı ilə məğlub edib. Əliyev yarımfinalda ispaniyalı Xose Giles Brotonsla qarşılaşacaq.

Əliyevlə yanaşı, Məhəmməd Abdullayev (+91 kq) də özü üçün ən azı bürünc medalı təmin edib. O, 1/4 finalda Camili-Dini Aboudo-Moindzeyə (Fransa) 4:1 hesabı ilə qalib gəlib. Abdullayev növbəti qarşılaşmasında italiyalı Aziz Abbes Muhidinlə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal döyüşləri martın 31-də, finallar isə aprelin 1-də olacaq.

Son xəbərlər

Orphus sistemi