TAP telekommunikasiya və təhlükəsizlik sistemləri üçün ön qiymətləndirmə elan edib

TAP telekommunikasiya və təhlükəsizlik sistemləri üçün ön qiymətləndirmə elan edib Bakı. 2 may. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan boru kəmərinin telekommunikasiya və təhlükəsizlik sistemlərinin Mühəndislik, Satınalma, Quraşdırma və İdarəçiliyi (EPIM) üçün ön qiymətləndirmə elan edib.
Energetika
2 May , 2018 18:40
TAP telekommunikasiya və təhlükəsizlik sistemləri üçün ön qiymətləndirmə elan edib
Tap-ag.com

Bakı. 2 may. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan boru kəmərinin telekommunikasiya və təhlükəsizlik sistemlərinin Mühəndislik, Satınalma, Quraşdırma və İdarəçiliyi (EPIM) üçün ön qiymətləndirmə elan edib.

“Report” xəbər verir ki, bu barədə TAP-ın saytında elan verilib.

Qeyd olunub ki, bu elementlər TAP kəmərinin keçdiyi ölkələrdə fiber optik şəbəkə, İtaliya və İsveçrədə data mərkəzləri, Yunanıstan və Albaniyada kompressor stansiyaları daxil olmaqla müxtəlif boru kəmərləri texnologiyalarına birləşməklə qlobal şəbəkə yaradacaq.

TAP-ın informasiya və kommunikasiya direktoru Pierluka Ferrari bildirib ki, TAP layihəsinin 70%-dən çox hissəsinin tamamlanmasına baxmayaraq, boru kəmərinin “Şahdəniz 2” qazını Avropaya təhlükəsiz nəqlinə hazırlığını təmin etmək üçün işlərə davam etdirilir: "Telekommunikasiya və təhlükəsizlik sistemləri boru kəmərinin sınağında, onun 878 km marşrutda aktivlərində və infrastrukturun 2020-ci ildə əməliyyatlara başlamasına hazırlığının təmin olunmasında mühüm rol oynayacaq".

İlkin qiymətləndirmə mərhələsindən sonra TAP II rübdə tender elan edəcək. Tenderin qalibi ilə bu ilin III rübündə müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi