Sumqayıta elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Sumqayıta elektrik enerjisinin verilişində məhdudiyyət olacaq Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Energetika
25 Mart , 2019 12:06
Sumqayıta elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. 

Onun sözlərinə görə, fasilə Sumqayıt Dəmiryolu İdarəsinin tunel tikintisi ilə bağlıdır.

"Sumqayıt Dəmiryolu İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xəttlərinin köçürülməsi həyata keçirilməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Fasilə müxtəlif saatlarda ayrı-ayrı əraziıərdə 1 saata qədər davam edəcək", - T.Mustafayev əlavə edib.

"Azərişıq" ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyib.

Son xəbərlər

Orphus sistemi