SOCAR Rumıniyada 35-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verib

SOCAR Rumıniyada 35-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verib Məntəqə Buxarest dairəvi yolunda, Türkiyə-Macarısan magistralı üzərində yerləşir
Energetika
18 Noyabr , 2016 12:27
SOCAR Rumıniyada 35-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Buxarest. 18 noyabr. REPORT.AZ/ Bu gün Rumıniyanın İlfov rayonunda “SOCAR” brendi altında sayca ikinci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. 

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, sözügedən məntəqə Buxarest dairəvi yolunda, Türkiyə-Macarısan magistralı üzərində yerləşir.

Bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatıb.

YDM-in açılış mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Rumıniya Parlamentinin deputatları, Rumıniyanın TRANSGAZ şirkətinin prezidenti İon Sterian, Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov, Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş, EY (Ernst&Young) şirkətinin Azərbaycan üzrə rəhbəri İlqar Vəliyev, bir çox aparıcı şirkət rəhbərləri, Türk İş Adamları Dərnəyinin nümayəndələri, "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin KİV nümayəndələri də iştirak ediblər.

Rəsmi açılışı bildirən qırmızı lent kəsildikdən sonra yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

4 kiçik nəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılan məntəqədə 3 sayğac quraşdırılıb.

Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə 13 yeni iş yeri açılıb.

Burada müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları təqdim edilir. Həmçinin 24 saat pulsuz internet xidməti də mövcuddur.

Xatırladaq ki, SOCAR Rumıniyanın artıq 17 rayonunda yanacaqdoldurma məntəqələrinə malikdir.

Son xəbərlər

Orphus sistemi