SOCAR-ın Nəqliyyat İdarəsi açıq hərrac keçirəcək

SOCAR-ın Nəqliyyat İdarəsi açıq hərrac keçirəcək Hərrac aprelin 18-də saat 11.00-da olacaq
Energetika
10 Aprel , 2017 16:51
SOCAR-ın Nəqliyyat İdarəsi açıq hərrac keçirəcək
Courtesy İmage

Bakı.10 aprel.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsi nəqliyyat vasitələrinin ehtiyat hissələrinin özgəninkiləşdirilməsinə dair açıq hərrac keçirəcək.

“Report” SOCAR-a istinadən xəbər verir ki, hərracda iştirak etmək istəyən şəxslər vahid ərizə formasını aşağıdakı sənədlərlə birlikdə aprelin 17-i, saat 17:30-a qədər Hərrac Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanına) təqdim etməlidirlər. 

- Hərracın nəticələrinə uyğun olaraq qalibi olduğu təqdirdə material qiymətlərinin mütləq alınacağı barədə təminat məktubu;

- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

- hüquqi şəxslər üçün təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

- malın dəyərinin 10%-i qədər behin (5 268,07 manat) köçürülməsini təsdiq edən sənədin surəti;

Əlaqələndirici şəxs Elnur Abdullayevdir. Telefon: (+994 12) 521-32-67, (+994 50) 843 50 65. E-poçt: [email protected] və yaxud [email protected].

Hərrac aprelin 18-də, saat 11.00-da qeyd olunan ünvanda keçiriləcək. Əgər sənədlərin surəti Hərrac Komissiyasının əlaqələndirici şəxsinin elektron poçt ünvanına göndərilərsə, sənədlərin əsli hərrac təkliflərinin təqdim edilməsinin son gününə qədər Komissiyaya təqdim olunmalıdır. 

Son xəbərlər

Orphus sistemi