SOCAR-da onlayn təlimlər davam etdirilir

SOCAR-da onlayn təlimlər davam etdirilir SOCAR-da onlayn təlimlər davam etdirilir
Energetika
16 İyul , 2020 17:58
SOCAR-da onlayn təlimlər davam etdirilir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Nazirlər Kabinetinin təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı qərarından sonra mart ayından onlayn dərslərə başlayıb.  

“Report” xəbər verir ki, İdarənin Kadr hazırlığının təşkili mərkəzində onlayn təlimlər keçirilməsi üçün sinif otaqları ayrılıb, otaqlar lazımi texniki avadanlıqlarla təchiz edilib.

İdarənin rəisi Fuad Süleymanov bildirib ki, daha əvvəldən təlimlərin gələcəkdə onlayn keçirilməsi üçün müzakirələr aparılırdı və İdarənin bununla bağlı müxtəlif proqramları var, ona görə də Nazirlər Kabinetinin müvafiq qərarı İdarədə prosedurun sürətləndirilməsi üçün bir növ imkan yaradıb.

 Fuad Süleymanov
Fuad Süleymanov

Onun sözlərinə görə, pandemiya dövründə təkcə SOCAR-da çalışan işçilərin 6 mindən çoxu vebinar və təlimlərə qoşulub, bundan başqa digər şirkətlərin işçilərinə də onlayn təlimlər keçirilib.

İdarə rəisi həmçinin qeyd edib ki, istehsalat təcrübəsi tələb olunan sahələr üzrə təlimlər isə SOCAR-ın müəssisələrində həyata keçirilir.

Fuad Süleymanov sosial məsafənin gözlənilməsinin daha rahat olduğu qaynaqçıların hazırlanması ilə bağlı praktiki təlimlərin həyata keçirildiyini, “Ümid-Babək” layihəsi üçün Neft-Qaz Tikinti Trestinə qaynaqçı hazırlandığını da bildirib.

İdarə rəisi qeyd edib ki, hazırda “Qarabağ” yatağının dayaq blokunun quraşdırılmasında iştirak edəcək  qaynaqçılar hazırlanır: “Artıq mexaniki və fiziki sınaqlar həyata keçirilir. Bir neçə gündən sonra isə orada çalışacaq 74 qaynaqçının attestasiyası aparılacaq. Qaynaqçıları hazırlamaq üçün isə pandemiyadan öncə Ukraynanın Paton adına Beynəlxalq Qaynaq İnstitutuna ezam olunmuş 3 mütəxəssis artıq ölkəyə qayıdıblar. İndi onlar öz bilik və bacarıqlarını “Qarabağ” dayaq blokunun qaynaq işləri ilə bağlı nümayiş etdirirlər”.

Təhsil müəssisələrində tədris prosesinin dayandırıldığı dövrdən bu günədək TTSİ tərəfindən 41 adda vebinar təşkil olunub, 38 adda onlayn təlim keçirilib.

Son xəbərlər

Orphus sistemi