SOCAR-da Gənclər Gününə həsr olunmuş görüş keçirilib

SOCAR-da Gənclər Gününə həsr olunmuş görüş keçirilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin müxtəlif idarə və müəssisələrində çalışan gənclərlə SOCAR prezidenti Rövnəq Abdullayevin və şirkət rəhbərliyinin 2 fevral - Gənclər Günü ilə bağlı görüşü keçirilib.
Energetika
1 Fevral , 2020 17:20
SOCAR-da Gənclər Gününə həsr olunmuş görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin müxtəlif idarə və müəssisələrində çalışan gənclərlə SOCAR prezidenti Rövnəq Abdullayevin və şirkət rəhbərliyinin 2 fevral - Gənclər Günü ilə bağlı görüşü keçirilib. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Artıq ənənə halını almış görüşdə bu il şirkətin müxtəlif idarə və müəssisələrindən də çox sayda gənc əməkdaş onlayn rejimdə görüş iştirakçılarına qoşulub. Görüşdə əsasən neftçi gənclərin fikirləri dinlənilib. Şirkətin rəhbərliyi görüşdə iştirak edən gəncləri maraqlandıran, habelə sosial şəbəkələr üzərindən daxil olan sualları cavablandırıb.

Onlayn rejimdə görüş iştirakçılarına qoşulmuş müxtəlif idarələrdə çalışan gənclərə də fikir bildirmək üçün şərait yaradılmış, onlar da auditoriyada aparılan müzakirələrdə yaxından iştirak ediblər. 3 saatdan çox davam edən görüşdə ümumilikdə 1 000-ə yaxın gənc neftçi iştirak edib.

Son xəbərlər

Orphus sistemi