Səudiyyə şahzadəsi: “Neftin bahalaşması İran faktoru ilə bağlı deyil”

Səudiyyə şahzadəsi: “Neftin bahalaşması İran faktoru ilə bağlı deyil” Bakı. 6 oktyabr. REPORT.AZ/ Əmtəə birjalarında neftin bahalaşması İran faktoru ilə bağlı deyil.
Energetika
6 Oktyabr , 2018 17:59
Səudiyyə şahzadəsi: “Neftin bahalaşması İran faktoru ilə bağlı deyil”

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Əmtəə birjalarında neftin bahalaşması İran faktoru ilə bağlı deyil".

“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının şahzadəsi Salman Əl-Saud “Bloomberg” agentliyinə bildirib.

Onun sözlərinə görə, qiymətlərdəki artım Kanada, Meksika, Liviya, Venesuela və bir sıra digər ölkələrdə hasilatın azalması ilə bağlıdır.

O qeyd edib ki, İranın gündəlik neft ixracı 700 min barel azalıb, amma Səudiyyə Ərəbistanı və OPEC-ə üzv və qeyri-üzv ölkələr bu azalmanın yerini iki dəfə artıq doldurub.

“Səudiyyə Ərəbistanı, həmçinin OPEC və qeyri-OPEC ölkələri gündəlik 1,5 mln. bareldən çox neft hasil edib. Yəni İranın bazardan azalan hər barel nefti üçün ən azı iki barel neft ixrac edirik. Biz işimizi artıqlaması ilə yerinə yetirmişik”,- şahzadə əlavə edib.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı növbəti sanksiyasının bu il noyabr ayının əvvəlindən qüvvəyə minəcəyi gözlənilir. ABŞ İran neftinin alıcılarından alışı sıfıra endirməyi tələb edir.

Son xəbərlər

Orphus sistemi