Sabiq energetika naziri: “Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi mənbəyi olaraq qalacaq”

Sabiq energetika naziri: “Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi mənbəyi olaraq qalacaq” “Gürcüstanın əsas elektrik enerjisi idxalçısının Azərbaycan olması son illər ərzində əldə olunan başlıca nailiyyət olub”.
Energetika
2 İyul , 2019 16:49
Sabiq energetika naziri: “Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi mənbəyi olaraq qalacaq”

“Gürcüstanın əsas elektrik enerjisi idxalçısının Azərbaycan olması son illər ərzində əldə olunan başlıca nailiyyət olub”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş energetika naziri Davit Mirtsxulava “Kommersant” nəşrinə bildirib.

O deyib ki, Azərbaycandan elektik enerjisinin idxalı həm keyfiyyət, həm də enerji təhlükəsizliyi baxımdan olduqca yaxşıdır: “Lakin elə dövrlər var ki, Gürcüstan Azərbaycandan elektik enerjisi ala bilmir və ölkə Rusiyadan idxal həyata keçirməyə məcbur olur”.

Sabiq nazir bildirib ki, Azərbaycan Gürcüstanın uzunmüddətli və etibarlı tərəfdaşıdır: “Azərbaycanda çox sayda elektrik stansiyaları tikilir və artıq 2023-cü ildə ölkənin, təxminən, 1 000 meqavatt həcmindən artıq enerji generasiyası olacaq. Buna müvafiq olaraq, Azərbaycan bizim elektrik enerjisinin idxalı üçün əsas mənbəyimiz olaraq qalacaq”.

Son xəbərlər

Orphus sistemi