Sabah Xətai rayonunun bir hissəsində qaz kəsiləcək

Sabah Xətai rayonunun bir hissəsində qaz kəsiləcək “Əhmədli” Qazpaylayıcı stansiyasından qaz təchizatı dayandırılacaq
Energetika
6 İyul , 2017 19:28
Sabah Xətai rayonunun bir hissəsində qaz kəsiləcək

Bakı. 6 iyul. REPORT.AZ/ Sabah saat 10:00-dan etibarən Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. 

Bu barədə “Report”a “Azəriqaz” İB-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhduidiyyətlər “Qaz İxrac” İdarəsinin balansında olan “Qum-adası-Qazanlar QPS” magistral qaz kəmərlərinin 11-ci kilometrində yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədardır və buna görə də “Əhmədli” Qazpaylayıcı stansiyasından qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-yi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Son xəbərlər

Orphus sistemi