Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq
Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaqBu, qazpaylama stansiyaları və ölçü qovşaqlarında carı təmir işlərinin aparılması ilə bağlıdır
Bakı. 19 may. REPORT.AZ/ Mayın 20-də təmir işləri ilə əlaqədar Bərdə rayonunun Cəyirli, Gərənə, Divanlı, Kürəli və Qarabağlı, Gədəbəy rayonun Zəhmət, Xarxatan və Moruqlu, Şəmkir rayonun Morul, Sərxan, Qasımalılar, Şəhidlər və Çənlibel kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, Qazax magistral qaz kəmərləri sahəsinin “Morul”, “Çənlibel”, “Zəhmət” və “Gədəbəy”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şabran-Taxtalar” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Aparılan işlərin Bərdə şəhəri və Şabran rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.