S&P "Brent" neftinin qiyməti üzrə proqnozunu yaxşılaşdırıb

S&P "Brent" neftinin qiyməti üzrə proqnozunu yaxşılaşdırıb S&P Global Ratings (S&P) beynəlxalq reytinq agentliyi 2019 və 2020-ci illər üçün Brent markalı neftin orta qiymət proqnozunu əvvəl gözlənilən bir barelə görə 55 dollar əvəzinə bir barel üçün 60 dollara qədər artırıb.
Energetika
20 Mart , 2019 01:57
S&P Brent neftinin qiyməti üzrə proqnozunu yaxşılaşdırıb

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi 2019 və 2020-ci illər üçün "Brent" markalı neftin orta qiymət proqnozunu əvvəl gözlənilən bir barelə görə 55 dollar əvəzinə bir barel üçün 60 dollara qədər artırıb.

“Report” xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilir

"S&P Global Ratings" iki iri neft hasil edən regionun, OPEC ölkələri və Rusiya tərəfindən 2019-cu ilin birinci yarısı üçün planlaşdırılan hasilatın azaldılmasını nəzərə alaraq, "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozlarını yaxşılaşdırıb", - deyə məlumatda qeyd olunur.

Agentlik yanvar proqnozunda "Brent" neftinin qiymətini bir barelə görə 65 dollardan 55 dollara qədər endirmişdi.

Bildirilir ki, OPEK+ ölkələri tərəfindən hasilatın azaldılması, "Brent" və az dərəcədə WTI neftinin qiymətində öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi