​Rusiyanın MDB ölkələrinə qaz ixracı 26% azalıb

​Rusiyanın MDB ölkələrinə qaz ixracı 26% azalıb Bununla yanaşı, neft ixracı 36%, neft məhsullarının ixracı 22% azalıb
Energetika
10 Noyabr , 2015 18:06
​Rusiyanın MDB ölkələrinə qaz ixracı 26% azalıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Rusiyanın xarici ölkələrə satdığı təbii qazın qiyməti bu ilin əvvəlindən 27% azalıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin yaydığı hesabatda məlumat verilib.

Məlumata görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Rusiyanın xarici ölkələrə satdığı qazın hər 1 000 kubmetrinin orta qiyməti 238,2 ABŞ dollarına bərabər olub ki, bu da ilin əvvəlindən 27% ucuzdur.

Ötən ilin eyni dövründə isə rəsmi Moskva 326,5 dollar/1000 kubmetr qazanıb. Bu ilin 9 ayında qaz satışından gələn gəlirlər 12,1 mlrd. dollar azalaraq 31,3 mlrd. dollara düşüb.

Yanvar-sentyabr aylarında qaz ixracının həcmi də 2,9% azalaraq 131,5 mlrd. kubmetrə bərabər olub.

MDB ölkələrinə qaz satışı 25,9% azalaraq 27,1 mlrd. kubmetr, qeyri-MDB ölkələrinə ixrac isə 5,7% artaraq 104 mlrd. kubmetr olub.

Gömrük Xidmətinin açıqlamasına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu il neft ixracı 43% azalaraq təxminən 69,6 mlrd. dollar həcmində olub. Neftin ixrac həcmi ötən ilin eyni dövrünə nisbətən 8,1% artaraq 180 mln. tona çatıb. Qeyri-MDB ölkələrinə neft ixracı 114,5 mlrd. ABŞ dollar, bu il isə 65,1 mln. dollar (43,1% az) gəlir gətirib. MDB ölkələrinə isə ixrac edilən neft 6,9 mlrd. dollara qarşı 4,4 mlrd. dollar (36,2% az) gəlir gətirib. Qeyri-MDB ölkələrinə 162,9 mln. ton, MDB ölkələrinə isə 17 mln. ton neft ixrac olunub.

Rusiyanın neft ixracından gəlirləri kimi bu sahədəki xidmətlərdən olan gəlirləri də azalıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında xidmət gəlirləri 39,8% azalaraq 53,9 mlrd. dollara düşüb. İxracın fiziki həcmi 6,4% artaraq 130 mln. tona çatıb, ötən il isə bu rəqəm 123 mln. ton olub. Qeyri-MDB ölkələrinə neft məhsullarının ixracı 8,2% artaraq 124,9 mln. tona (51 mlrd. dollar) çatıb, MDB ölkələrinə isə bu məhsulların ixracı 21,5% azalaraq 5,98 mln. tona (3 mlrd. dollar) düşüb.

Qeyri-MDB ölkələrinə ixrac edilən elektrik enerjisinin həcmi 3,6% azalaraq 337,4 mln. dollar, MDB ölkələrinə ixrac isə 65% artaraq 248,2 mln. dollar həcmində olub.

Son xəbərlər

Orphus sistemi