Qəbələ və Salyan rayonlarının daha iki kəndinə ilk dəfə təbii qaz verilib

Qəbələ və Salyan rayonlarının daha iki kəndinə ilk dəfə təbii qaz verilib İki kəndin 428 abonenti qazla təmin olunub
Energetika
18 Mart , 2016 17:45
Qəbələ və Salyan rayonlarının daha iki kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Qəbələ və Salyan rayonlarının daha iki kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qəbələ rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 337 abonenti olan Qəmərvan kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 17 017 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Salyan rayonunun 91 abonentlik Alçalı kəndinə ilk dəfə təbii qaz verilişi ilə əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, birpilləli sistem əsasında aparılan qazlaşdırma işləri zamanı 6 535 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi