OPEC səhv yolda olduğunu etiraf edib

OPEC səhv yolda olduğunu etiraf edib OPEC oktyabr ayı ilə müqayisədə hasilatı 6%-ə yaxın azaldıb
Energetika
12 May , 2017 11:00
OPEC səhv yolda olduğunu etiraf edib

Bakı. 12 may. REPORT.AZ/ OPEC təşkilatına üzv olmayan ölkələrin 2017-ci ildə gündəlik neft hasilatını 950 min barel artırması proqnozlaşdırılır. "Report" OPEC-in may icmalına istinadən xəbər verir ki, aprel icmalında bu proqnoz göstəricisi 370 min barel təşkil edib. Proqnozun kəskin artırılmasına səbəb bu il ABŞ-da şist neft hasilatının 820 min barel arta biləcəyi ilə bağlı ehtimallar olub. Bununla da OPEC və ona üzv olmayan ölkələrin oktyabr ayında təşkilata üzv olmayan ölkələrdə neft hasilatı ilə bağlı verdiyi proqnoz 4 dəfə yüksəlib.

Hesabatda bildirilib ki, OECD ölkələrində neft ehtiyatlarının həcmi hələ də 5 illik orta səviyyədən 276 mln. barel artıqdır. Bu da onu deməyə əsas verir ki, neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşması nəinki bu ilin II yarısına, hətta böyük ehtimalla 2018-ci ilin ilk yarısına da uzadılacaq.

Hesabatda, həmçinin qeyd olunub ki, aprel ayında OPEC təşkilatı ötən ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatını 1,908 mln. barel və ya 5,67% azaldaraq 31,732 mln. barelə salıb. Hasilat apreldə BƏƏ, İraq, İran, və Liviyada azaldığı halda, Anqola və Səudiyyə Ərəbistanında artıb. Qeyd edək ki, ötən ilin oktyabr ayındakı hasilat göstəricisi müqayisə üçün standart kimi qəbul edilir.

Son xəbərlər

Orphus sistemi