Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir "Brent" markalı xam neftin qiyməti 58,66 dollar/barelə enib
Energetika
25 Fevral , 2015 09:26
Neftin ucuzlaşması davam edir

Bakı. 25 fevral.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,34% yaxud 0,17 dollar ucuzlaşaraq 49,28 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,41% və ya 0,24 dollar enərək 58,66 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 56 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi