“Moody's”: SOCAR-ın sağlam likvidliyinin olması onun baza reytinqinin formalaşmasında əsas rol oynayır

“Moody's”: SOCAR-ın sağlam likvidliyinin olması onun baza reytinqinin formalaşmasında əsas rol oynayır “Moody's” Beynəlxalq Reytinq Agentliyinin İnvestorlar Xidməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqinin dövri nəzərdən keçirilməsini tamamlayıb.
Energetika
23 Yanvar , 2020 13:19
“Moody's”: SOCAR-ın sağlam likvidliyinin olması onun baza reytinqinin formalaşmasında əsas rol oynayır

“Moody's” Beynəlxalq Reytinq Agentliyinin İnvestorlar Xidməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqinin dövri nəzərdən keçirilməsini tamamlayıb. 

Bu barədə “Report” Agentliyin məlumatına əsasən xəbər verir.

Məlumata görə, Agentlik bununla yanaşı eyni analitik bölmə ilə əlaqədar olan digər reytinqləri də nəzərdən keçirib.

“Moody's” Dövlət Neft Şirkətinin portfelinə nəzər yetirib, yeni və uyğun metodologiya əsasında onun son inkişafı ilə maliyyə və əməliyyat profillərini qarşılaşdırılıb.

Agentlik praktikasına uyğun olaraq 2019-cu ilin yanvarın 1-dən etibarən hər dövr üzrə press-reliz yayır.

Bu nəşr kredit reytinqini özündə əks etdirmir. Portfelə yenidən baxışla kredit reytinqi və reytinq üzrə proqnoz statusu dəyişməyib və bu elanın ona heç bir təsiri yoxdur.

Qeyd edək ki, SOCAR-ın “Ba2” ailə reytinqi Azərbaycanın “Ba2” suveren reytinqi ilə bərabərlik təşkil edir.

SOCAR-ın baza kredit qiymətləndirməsi (BCA) “b1” olaraq qiymətləndirilib. Bu hansı ki, şirkətin müstəqil kredit gücünü və dövlətin kənar dəstəyi çıxılmaqla “Moody’s”ın metodologiyası əsasında Hökumətlə əlaqəli emitentin reytinqi ölçür.

Agentlik hesab edir ki, SOCAR-ın Azərbaycan neft-qaz sektorunda əsas rol oynaması, Azərbaycan hökuməti ilə yaxın bağlantısı və sağlam likvidliyi BCA-də əsas rol oynayır.

BCA, həmçinin şirkətin dəyişkən neft qiymətlərinə və yerli valyuta məzənnəsinə məruz qalmasını, uzunmüddətli dövrdə sabit hasilatı qorumaqdakı potensial çətinlikləri və böyük ticarət əməliyyatlarını da nəzərə alır.

Dövlət Neft Şirkətinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, SOCAR-ın müstəqil reytinqinin yaxşılaşdırılmasını gözləyirik, çünki ötən illərdə şirkət ölkə daxilində və xaricdə həyata keçirdiyi bir çox böyük layihələri uğurla başa çatdırıb: “Daha əvvəl həmin layihələrə vəsait cəlb olunurdusa, artıq onlar kapital xərc tələb etmir. “SOCAR Polymer”, “SOCAR Karbamid”, TANAP, STAR Neft emalı zavodu kimi layihələr artıq işləkdir və gəlir gətirməyə başlayıb. SOCAR həm də son illərdə, ölkəmizdəki təbii köhnələn yataqlarda işlədiyinə baxmayaraq, neft-qaz hasilatının səviyyəsini sabitləşdirməyə də nail olub. Buna görə SOCAR-ın ümumi borcu, planlaşdırıldığı kimi azalmaqdadır və bu tendensiya qarşıdakı illərdə davam edəcək".

Son xəbərlər

Orphus sistemi