Liviyanın ən böyük neft yatağında hasilat dayandırılıb

Liviyanın ən böyük neft yatağında hasilat dayandırılıb Neftin qiyməti artmağa başlayıb
Energetika
10 Aprel , 2017 15:26
Liviyanın ən böyük neft yatağında hasilat dayandırılıb

Bakı. 10 aprel. REPORT.AZ/ Liviyanın ən böyük neft yatağı olan "Şərara"da bir həftə öncə bərpa edilən neft hasilatı yenidən dayandırılıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yataqdan Əz-Zəviyə şəhərinə çəkilən neft kəmərinin fəaliyyətində problemlər yaranıb. Neftin nəqlində yaranan məhdudiyyətin səbəbi açıqlanmır. Liviya Milli Neft Şirkəti ilə əlaqə yaratmaq mümkün olmayıb.

Qeyd edək ki, "Şərara" yatağında gündəlik neft hasilatı 200 min barel təşkil edir. Xəbərin açıqlanmasından sonra dünya əmtəə birjalarında "Brent" markalı neftin qiyməti 0,9% artaraq 55,75 dollar/barelə yaxınlaşıb. Neftin qiymətinin tədricən artacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi